DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya və Azərbaycanla qarşılaşacaq Portuqaliya yığmasının heyətində zədələnən oyunçu olub. Zədəli oyunçunun yerinə dəyişiklik baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Lester” klubunda çıxış edən müdafiəçi Rikardo Pereyra zədə səbəbindən heyətdən çıxarılıb. Pereyranın əvəzinə milliyə “Vulverhempton”dan Nelson Semedo çağırılıb.

Portuqaliya millisi sentyabrın 1-də İrlandiyanı qəbul edəcək. Azərbaycanla oyun isə sentyabrın 7-də Bakıda olacaq.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə