PSJ-nin yeni transferi Lionel Messinin Fransa çempionatında debüt edəcəyi vaxt bilinib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə komandanın baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Liqa 1-in 3-cü turunun “Brest”lə səfər matçından (4:2) sonra keçirilən mətbuat konfransında iştirak edən Poçettino Messinin növbəti matçda meydanda ola biləcəyini deyib.

PSJ növbəti turda “Reyms”lə qarşılaşacaq. Messi bu yay “Barselona” klubundan ayrılaraq PSJ keçib və 2 illik müqavilə imzalayıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə