"Barselona" Messidən sonra daha bir zərbə aldı

“Barselona” klubu ciddi itki ilə üzləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin hücumçusu Serxio Aquero sıradan çıxıb.

Aqueronun son durumu tibbi müayinədən sonra bilinəcək. 33 yaşlı hücumçu La Liqanın startını buraxa bilər. La Liqada yeni mövsümə avqustun 13-də start veriləcək. “Barselona” ilk tur çərçivəsində, avqustun 15-də “Real Sosyedad”ı qəbul edəcək.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə