“Mançester Yunayted”də zədələr artır

“Mançester Yunayted”in futbolçusu Aleks Telles sentyabra qədər yaşıl meydanlardan uzaq qalacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırda zədəli olan braziliyalı müdafiəçinin bərpası sentyabra qədər çəkəcək.

İngiltərə Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək. “Mançester Yunayted” ilk turda “Lids”i qəbul edəcək.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə