“Liverpul”un futbolçusu Xerdan Şakiri açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, isveçrəli yarımmüdafiəçi, hal-hazırkı klubundan ayrılacağını və karyerasını İtaliyada davam etdirmək istədiyini deyib: “Yeni bir macəraya hazır olduğumu “Liverpul” rəhbərliyinə bildirmişəm. Onlar da qərarımı müsbət qarşıladılar. İndi təklifləri nəzərdən keçirirlər. İtaliyaya qayıtmaq və “Latsio”da oynamaq istərdim”.
Şakirinin “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir. Yarımmüdafiəçi ilə İtaliyanın “Napoli” və “Latsio” klubları yaxından maraqlanır.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB