"Beşiktaş", "Şalke 04"ün türkiyəli yarımmüdafiəçisi Levent Mertcanı heyətinə qatmaq istəyir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni mövsüm hazırlıqlarını İstanbulda davam etdirən "Beşiktaş"da transfer işləri davam edir. Orta sahənin ortasında və 10 nömrəli mövqedə oynayan Mercan, hər iki ayağından da səmərəli istifadə etmə qabiliyyəti ilə diqqət çəkir. Almaniya U20 Milli Komandasında da oynayan Levent Mertcan üçün ilkin danışıqlar aparılırkən, uyğun bir razılaşma tapılarsa transferin tamamlanacağı gözlənilir.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB