Sorlotu gözləməyə davam edən "Trabzonspor", Kornelius və Artem Dovbuk ilə transfer əlaqələrini kəsmir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu oyunçulardan əlavə "Trabzonspor"un yeni hücumçu namizədi "Çelsi"nin ulduzu Miçi Batşuayidir. Belçikalı ulduz bordo-mavililərin radarındadı. Sol cinah müdafiəçisi mövqeyinə İsmail Köybaşı ilə müqavilə bağlayan "Trabzonspor", indi isə hücumçu transfer edir. Djanini və Koita kimi iki hücumçusu olan bordo-mavililər, fərqli bir forvard transfer etməyi hədəfləyir. Əsas hədəf əlbəttə, Sorlotdur. "Leypsiq"in oyunçu üçün qərarı gözlənilir. Əgər "Leypsiq" oyunçunu satmasa o zaman Batşuayini transfer edəcəklər.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB