Struqer Larsen Premyer Liqaya gedir

Danimarkalı Jens Struqer Larsen adı Premyer Liqa komandaları ilə əlaqələndirilir. "Qalatasaray"ın transfer gündəmində olan danimarkalı Jens Struqer Larsenin, Premyer Liqa komandaları "Vest Ham" və "Vatford" ilə gündəmdə olmağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Saka Boeyin transferi ilə sağ cinah bölgəsini dolduran "Qalatasaray"dan sonra "Vest Ham" və "Vatford" Jens Struqer Larsenə transfer təklifi yollayıblar. "Vest Ham United"ın Avro-2020-də güclü təsir bağışlayan Jens Struqer Larsen üçün 5 milyon avro təklif etdiyi və futbolçunun da Premyer Liqada oynamaq istədiyi ifadə edilib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə