Baş məşqçi Vitor Pereyranın müdafiəçi tələb etməsindən sonra işə başlayan "Fənərbaxça", Kaan Ayhanı gündəmə gətirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, müqaviləyə görə, Sassuoloda olan milli futbolçusu üçün İtaliya komandası ilə danışıqlara başladığı bildirilib.

Kaan Ayhanın şərtlər razılaşdırıldığı təqdirdə heyətə qatılacağı iddia edilir. 26 yaşlı Kaan Ayhan, son mövsümə getdiyi İtalyan komandasında 20 oyunda oynasa da fərqlənə bilməyib.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...