“Barselona”nın və "Totenhem"in sabiq futbolçusu Paulinyonun yeni iş yeri məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 32 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı komandası olan “Əl Əhli”yə keçib. Paulinyo ilə 3 illik müqavilə imzalanıb. 2015-2017-ci illərdə “Tottenhem”də, 2017-2019-cu illər aralığında “Barselona”da çıxış edən Paulinyonun son klubu Çin “Quançjou Everqrand”ı olub.
Paulinyo Braziliya yığmasında 56 oyunda 13 qol vurub.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB