Türkiyənin Tokio Olimpiadasındakı oyun cədvəli - AÇIQLANIB

Türkiyə Voleybol Komandası 2020-ci il Tokio Olimpiya Oyunlarında ilk görüşünü 25 iyulda Çinə qarşı keçirməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyə Qadın Voleybol komandasının oyun cədvəli müəyyən olub. Kapitan Eda Erdem Dündar və komanda da karantin müddəti başa çatan 6 komanda yoldaşı, komanda ilə məşqlərdə iştirak edir və bazar günü Çinə qarşı oynanacaq ilk matçda meydana çıxa biləcəklər.

Olimpiadada mübarizə aparacaq Türkiyə Qadın Voleybol komandasının oyun cədvəli belədir:

25 İyul - 10:25 | Türkiyə - Çin

27 İyul - 10:25 | Türkiyə - İtaliya

29 İyul - 10:25 | Türkiyə - ABŞ

31 İyul - 08:20 | Türkiyə - Argentina

2 Avqust - 08:20 | Türkiyə Rusiya

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə