İngiltərənin “Arsenal” klubu yarımmüdafiəçisi Emil Smit Rou ilə yeni müqavilə bağlayıb. SİA-nın bu barədə London təmsilçisinin rəsmi saytı istinadən verdiyi məlumata görə, 20 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmır. Amma Britaniya mətbuatı tərəflərin 5 illik müqaviləyə imza atdığını yazıb. Emil “Arsenal”ın öz yetirməsidir. O, 2019-cu ildə “Leypsiq”də, ötən il isə “Haddersfild Taun”da icarədə oynayıb. London təmsilçisi Emilin yeni mövsümdə “10” nömrəli formanı geyinəcəyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə