“İnter” futbolçusunu icarəyə göndərdi

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, A Seriyası təmsilçisi “İnter”dən Dalberti heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi 2021/22 mövsümünü icarə əsasında “Kalyari”də keçirəcək.

2017-ci ildən “İnter”də çıxış edən braziliyalı müdafiəçi ötən mövsümü icarə əsasında Fransanın “Renn” komandasında keçirib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə