Premyer Liqa klubu təcrübəli qapıçı ilə müqavilə imzalayıb

İngiltərənin “Bernli” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Premyer Liqa təmsilçisi Uels yığmasının qapıçısı Ueyn Hennesini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperlə 2+1 illik müqavilə imzalanıb.

Hennesi “Bernli”yə azad agent kimi keçib. O, 2014-cü ildən “Kristal Pelas”ın uğurları üçün çalışırdı. Uels yığmasında 100-ə yaxın oyun keçirmiş təcrübəli qolkiper, əvvəllər “Vulverhempton”, “Yeovil Taun”, “Stokport Kaunti” klublarının da formasını geyinib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə