"Liverpul” futbolçusunu “Portu”ya satdı

Portuqaliyanın “Portu” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Portuqaliya təmsilçisi ötən mövsümü icarə əsasında komandada çıxış edən Marko Qruyiçin transfer hüquqlarını “Liverpul”dan alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Portu” serbiyalı yarımmüdafiəçi üçün Mersisayd klubuna 12 milyon avro ödəyəcək. Qruyiçlə imzalanan müqavilənin detalları açıqlanmayıb. Qruyiç “Portu” ilə 39 oyunda 2 qol vurub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə