"Bu hücumçu ilə şərtlərdə razılaşa bilmədik”

"Qarabağ" Avstriya toplanışına qatılan, tezliklə rəsmi müqavilə imzalamağı planlaşdırdığı Abdul-Aziz Yakubu ilə son anda anlaşa bilməyib. SİA-nın verdiyi məlumata görə, səbəb kimi qanalı hücumçunun tibbi baxışdan keçə bilməməsi göstərilib.

“Vitoriya”lı forvard "Qarabağ"a kimi son çempion "Neftçi"nin də maraq dairəsində olub, amma razılaşa bilməmişdi. Maraqlıdır, görəsən, 23 yaşlı afrikalının bəs "Neftçi"yə keçidi niyə baş tutmayıb?

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bunları deyib: "Bəli, Abdul-Aziz Yakubu bizim maraq dairəmizdə olmuşdu. Amma şərtlərdə razılaşa bilməmişdik. Hazırda isə bizim maraq dairəmizdə deyil".

Başverənlərdən sonra Yakubu "Qarabağ"ın Avstriyadakı düşərgəsini tərk edib və müqavilə ilə məxsus olduğu Portuqaliya klubuna qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə