“İnter”lə müqavilə bağlayan “Arsenal”ın müdafiəçisi

“Arsenal”ın müdafiəçisi Ektor Beller komandasını dəyişməyə hazırlaşır. SİA-nın xarici mətbuta istinadən verdiyi məlumata görə, ispaniyalı cinah oyunçusu “İnter”ə keçməyə yaxındır.

Çünki 26 yaşlı futbolçu “Neradzurra” ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. Bellerin keçidin reallaşması üçün artıq “Arsenal” rəhbərliyinə də müraciət edib. İtaliya çempionu onu sonradan birdəfəlik transfer etmək şərti ilə bir illik icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, “İnter” Bellerini PSJ-yə satılan Əşrəf Hakimiyə layiqli əvəzləyici hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə