"Neftçi" Fransalı müdafiəçi ilə müqavilə imzalayır

Fransanın “Havr” klubunun futbolçusu Romain Bask karyerasını Azərbaycanda davam etdirəcək. SİA-nın xarici mətbuta istinadən verdiyi məlumata görə, bu barədə məlumatı “LEquipe” nəşri yayıb.

Fransanın II liqa təmsilçisi ilə yollarını ayıran mərkəz müdafiəçisinin müqavilə üçün Azərbaycana yollandığı bildirilib. 26 yaşlı oyunçu “Neftçi” ilə 2 illik müqavilə imzalayacaq və avrokubokların növbəti mərhələsi üçün sifariş olunacaq.

Qeyd edək ki, fransalı 2018-ci ildən “Havr”ın formasını geyinir.

Bütün xəbərlər Facebook səhifəmizdə