Kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib

Kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Xaçmaz rayonunun Nabran qəsəbəsində şəhər və rayon komandaları arasında kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda 9 komandanın (Bakı şəhəri, Sumqayıt, Qusar, Gəncə, Astara, Gədəbəy, Xaçmaz rayonları) iştirakı ilə 100-dən çox iştirakçı çıxış edib. Eyni zamanda Bakı şəhər yığma komandası da yarışa ezam olunub.

Çempionatda I yerə Bakı şəhər yığma komandası, II yerə Sumqayıt, III yerə Qusar komandaları layiq görülüblər.

I, II və III yeri tutmuş komandalar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com