Nuqzar Kvirtiya: ""Xəzər Lənkəran"a uduzmaqdan bezmişik"

Nuqzar Kvirtiya: ""Xəzər Lənkəran"a uduzmaqdan bezmişik"
"Biz "Xəzər Lənkəran"a uduzmaqdan bezmişik". Siasport.az saytı xəbər verir ki, bu sözləri AZAL-ın futbolçusu Nuqzar Kvirtiya deyib. O, ardıcıl olaraq bir neçə oyunda 1:2 və 0:1 hesablı məğlubiyyətlər yaşadıqlarını xatırladıb. Futbolçu bu dəfə bunun əvəzini çıxmağa çalışacaqlarını qeyd edib: "AZAL "altılıq"da yerini təmin edibsə, bu o demək deyil ki, biz yerimizdə sayacağıq. Bundan sonrakı "altılıq" oyunlarında ancaq qələbə üçün oynayıb, Avrokuboklara vəsiqə qazanmağa çalışacağıq. İnanıram ki, "Xəzər Lənkəran"la oyunda uğursuz seriyaya son qoyaraq qələbə qazanacağıq. Bütün komanda yoldaşlarıma da uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə