Azad Rəhimov: "Son 12 ildə idmanın inkişafına bir milyard dollar sərmayə qoyulub"

"Bakının 2020-ci il olimpiadasına ev sahibliyi ilə bağlı ərizəsi 2016-cı il Olimpiya Oyunlarını qəbul etməklə bağlı əvvəlki səylərindən daha yaxşıdır. Azərbaycan öz səhvlərindən nəticə çıxarıb". Siasport.az saytı "Trend"-ə istinadən xəbər verir ki, bu fikirlərlə gənclər və idman naziri Azad Rəhimov AFP-yə müsahibəsində çıxış edib. A.Rahimov qeyd edib ki, bu dəfə o, Bakının ərizəsindən razıdır: "Bu, əla təklifdir. Hazırkı ərizəmiz bundan əvvəlki ərizədə buraxılan səhvləri düzəltmək üçün çox diqqətlə hazırlanıb. Bu təklif daha yüksək keyfiyyətlidir. Son dörd il ərzində ölkə çox güclü şəkildə dəyişib", - Rəhimov deyib. Onun sözlərinə görə, Azərbaycanda mühüm idman yarışları keçirmək (o cümlədən 2011-ci ildə həvəskar boks üzrə dünya çempionatı) mədəniyyətini təqdim etməklə Bakı BOK-u ölkə ilə tanış edir. Ölkədə idmanın inkişaf etdiyi intensivlik Azərbaycanın xeyrinə daha bir amil olub.
"Son 12 ildə idmana, onun infrastrukturuna və başqa sahələrə bir milyard dollar sərmayə qoyulub. Pekində biz idmanın 11 növünü təqdim etdik, dörd il sonra isə Londonda 16 növ təqdim edəcəyik. Bu o deməkdir ki, qısa müddətdə beş yeni idman federasiyası yaradılıb", - nazir deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...