Azərbaycanın sonuncu təmsilçisi Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır

Azərbaycan idmançısı Anastasiya Papatoma İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

SİA xəbər verir ki, 17 yaşlı dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq. Yarış İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina d'Ampetsoda keçiriləcək.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 bal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutub və yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın 2 idmançı ilə təmsil olunduğu “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə