Böyük Qayıdış yeni iş yerlərinin və imkanların yaradılması deməkdir - ŞƏRH EDİLDİ
Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köç prosesi davam edir. Doğma yurdlarına qayıdan vətəndaşlar üçün infrastrukturun qurulması, yeni iş yerlərinin yaradılması və dövlət xidmətlərinin təşkili isə bu prosesin əsas istiqamətlərindəndir.
Mövzu ilə bağlı SİA -ya danışan deputat Hikmət Məmmədov bildirib ki, Böyük Qayıdış yalnız əhalinin öz doğma torpaqlarına qayıtması deyil, həm də həmin ərazilərdə yeni iqtisadi və sosial imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

O bildirib ki, Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. Artıq 60 minə yaxın vətəndaşımız öz tarixi yurd yerlərinə qayıdaraq doğma torpaqlarında, öz evlərində yaşamağa başlayıb:
“Lakin şübhəsiz ki, bu, sadəcə insanların geri qayıtması hadisəsi deyil. Böyük Qayıdışın təmin olunması üçün xüsusi proqramlar həyata keçirilir. Kommunikasiya, yol və nəqliyyat imkanları yaradılmasaydı, dövlət xidmətləri işğaldan azad edilmiş ərazilərimizə köçürülməsəydi, heç şübhəsiz ki, Böyük Qayıdış bu səviyyədə təmin edilə bilməzdi.
Düşünürəm ki, Böyük Qayıdış, eyni zamanda, Azərbaycanda əlavə iş yerlərinin açılması, yeni imkanların yaradılması deməkdir. Bu, tarixi hadisə olmaqla yanaşı, həm də böyük mənəvi əhəmiyyət daşıyır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB