"Bakı və İrəvan arasında aparılan danışıqlarda müsbət irəliləyişlər var" - POLİTOLOQ DANIŞDI
"Azərbaycanda Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar davam edir. Ümumilikdə, danışıqların kifayət qədər konstruktiv məcrada keçdiyini deyə bilərik".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib:
"Hazırda prosesi eyni məqsədə xidmət edən, lakin üç fərqli istiqamət üzrə aparılan danışıqlar formatına bölmək olar.
Birincisi, Bakı və İrəvan arasında hökumətlər səviyyəsində aparılan sülh danışıqlarıdır. İkincisi, komissiyalar arasında sərhədlərin delimitasiyası prosesidir. Üçüncüsü isə iqtisadi və digər sahələrdə münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlardır.
Əslində, bu üç istiqamət bir-biri ilə bağlıdır. Bununla belə, danışıqlar ayrı-ayrı formatlarda aparılır, çünki hər birinin özünəməxsus xüsusiyyətləri və qarşılıqlı təsirləri var.
Hazırkı mərhələdə prosesi uğurlu hesab etmək olar. Ciddi mənfi hal müşahidə olunmur və bu, çox mühüm məsələdir. Çünki indiyədək bir çox məsələdə Ermənistan tərəfinin Azərbaycanın ərazilərini işğal etməsinə görə məsuliyyətdən yayındığını və bunun prosesin uzanmasına səbəb olduğunu görmüşük.
İndi isə kənar müdaxilələr olmadan, konkret formatlar üzrə danışıqlar aparılır və artıq müsbət nəticələr də əldə edilir. Hesab edirəm ki, bu formatlar bundan sonra da davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB