Azərbaycanda uzun illər problemsiz istifadə edilə bilən avtomobillər hansılardır? - USTA DANIŞDI
"Təxminən on il əvvələ nəzər salsaq, uzunömürlü avtomobillər sırasında əsasən Yaponiya istehsalı olan avtomobillərin önə çıxdığını görərik. Çünki bu avtomobillər sürücülərə çox problem yaratmır, istismar baxımından sərfəli olur və mühərrikləri uzunömürlülüyü ilə seçilirdi. Hətta belə mühərriklərə “usta tanımayan mühərriklər” deyirdilər".
Bu sözləri SİA-ya açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib.

Onun sözlərinə görə, komfort baxımından isə Almaniya istehsalı olan avtomobillər fərqlənirdi:
"Onların komfortuna, təhlükəsizliyinə və salonundakı səssizliyə söz ola bilməzdi. Lakin bu avtomobillərin texniki xidməti və təmiri daha çox xərc tələb edirdi. Yapon avtomobillərinə iki dəfə xərc çəkildiyi halda, Alman avtomobillərinə üç-dörd dəfə artıq xərc çəkmək lazım gəlirdi.
Bugünkü avtomobil bazarına, xüsusilə də qiymət baxımından yanaşsaq, Çin avtomobillərinin ön plana çıxdığını görərik. Hazırda Çin istehsalı olan hibrid, plug-in hibrid və elektromobillər həm qiymət, həm də təchizat baxımından sərfəli seçimlər təklif edir. Bəzi avtomobillər 200-300 min kilometr məsafə qət etsə də, mühərrik və digər əsas hissələrində ciddi problemlər yaranmır, yalnız müəyyən ehtiyat hissələrinin dəyişdirilməsi tələb olunur.
Əvvəllər isə elə avtomobil markaları və modelləri var idi ki, onların istismarı yüksək xərc tələb edirdi. Hətta 50 min kilometr məsafə qət etmədən mühərriklərində ciddi problemlər yaranırdı. Bəzi avtomobillərin mühərriki və ümumi konstruksiyası yaxşı olsa da, sürətlər qutusu problem yaradırdı. Digərlərində isə əksinə, mühərrik tez sıradan çıxırdı.
Bu gün isə avtomobil bazarımız yenilənib və yeni nəsil avtomobillərdə belə problemlərə daha az, yalnız nadir hallarda rast gəlinir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB