"Dünəndən bizim təlim-məşq toplantımız başlayıb. Qarşıda Danimarka millisi ilə iki yoldaşlıq oyunumuz var. Belə oyunların olması bizim üçün çox vacibdir, çünki artıq ilin sonlarından dünya çempionatının seçmə mərhələləri start götürəcək". SİA-ya xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" futzal üzrə milli komandanın kapitanı Emin Kürdov jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin yoldaşlıq oyunlarının gələvək çempionatlarda vacibliyini vurğulayıb: "Nə qədər çox oyun olsa, o qədər çoxda praktika qazanırıq. Komanda da yeni oyunçular olduqca çoxdur. Futzal üzrə milli komanda da legioner oyunçular artıq demək olar ki, yoxdur, hamısı yerli oyunçulardır. Hədəfimiz qarşıdan gələn iki oyunda maksimum nəticə qazanmaqdır.
Komanda da potensiallı olduqca yüksək olan oyunçular var. Sadəcə həmişə vurğuladığım kimi, bizə vaxt lazımdır. Bizim Azərbaycan futzal millisi olaraq yaxşı nəticələrimiz qabaqdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB