"Qarabağ" bu gün "Araz-Naxçıvan"la üz-üzə gələcək

Misli Premyer Liqasında XXXIV tura bu gün yekun vurulacaq. SİA-nın məlumatına görə, günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək.

Qarşılaşma saat 18:00-da start götürəcək. Gəncə klubu 29 xalla doqquzuncu, "gənclik şəhəri" təmsilçisi 30 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Qarabağ" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Çempionluğu təmin etmiş "köhlən atlar"ın 80 xalı var. Qonaqlar 55 xalla üçüncüdür.

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

11 may

18:00. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Tovuz şəhər stadionu

20:00. “Qarabağ”– “Araz-Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

“Azərsun Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə