"Atletiko" klubu İspaniyanın digər təmsilçisi "Real"ın qapıçısı Andrey Lunini transfer etməkdə maraqlıdır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı qolkiper baş məşqçi Dieqo Simeonenin heyətdə görmək istədiyi əsas oyunçulardandır.
Qapıçının "Real" müqaviləsinin müddəti 2030-cu ilə qədərdir. Lakin sərfəli təklif gələcəyi təqdirdə klubun onu satacağı bildirilib.
Qeyd edək ki, A.Lunin cari mövsümdə meydana çıxdığı 12 matçın dördünü qol buraxmadan başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB