Almaniyanın "Bayer 04" klubu baş məşqçi Xabi Alonsonun 2024/2025 mövsümünün sonunda komandadan ayrılacağını açıqlayıb. SİA xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bundesliqa klubu mütəxəssisin müqaviləyə xitam verilməsi ilə bağlı tələbini təmin edib.
"Bayer 04" yeni baş məşqçinin yaxın günlərdə bəlli olacağını bildirib.
Qeyd edək ki, Alonso 2022-ci ildən bu komandada işləyir. O, 2023/2024 mövsümündə Bundesliqanın, Almaniya Kubokunun və Superubokun qalibi olub. Daha əvvəl İspaniya mətbuatı Xabi Alonsonun "Real"la üçillik müqavilə imzalayacağını yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə