Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu bu gün keçiriləcək. SİA-nın məlumatına görə, Bakı İdman Sarayında "Neftçi" və "Sabah" komandaları üz-üzə gələcəklər.
Qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, əvvəlki iki görüşdə "Sabah" qalib gəlib. Növbəti matçın mayın 8-də təşkili planlaşdırılır. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə