Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar keçirilib
Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar keçirilib. SİA-nın məlumatına görə, qadınların yarışında "Qarabağ" və "Kür" komandaları üz-üzə gəlibl'r.
Qarşılaşma "Qarabağ"ın 35:30 hesablı qələbəsi ilə bitib.
I-IV yerlər uğrunda digər matçda "Azəryol" "İdman Akademiyası"nı böyük hesabla üstələyib - 45:24.
Kişi həndbolçuların I-IV yerlər uğrunda yarışında da iki oyun ba. tutub. "Azəryol" "Bakı"nı 33:29 hesabı ilə məğlub edib. "Qarabağ" isə ,empionatın lideri "Kür"ə 26:37 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə