Badminton üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

11 yaşadək badmintonçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib. SİA Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 40 oğlan və 23 qız olmaqla ümumilikdə 63 idmançı iştirak edib.

Oğlanlar arasında şəxsi yarışda Muxtar Bədəlov qızıl, Murad Qarayev gümüş, Rəsul Quliyev və Rəcəb Həsənov isə bürünc medal qazanıblar.

Qızlar arasında şəxsi yarışda Mələk Təhmazlı birinci, Xədicə Manafova ikinci, Ziba Məmmədli ilə Aidə Qurbanova isə üçüncü olublar.

Oğlanlar arasında qoşa yarışda İbrahim Hüseynli və Muxtar Bədəlov qızıl, Murad Qarayevlə Səccad Allahverdiyev gümüş, Murad İsmizadə və Rəcəb Həsənov, həmçinin Rəsul Quliyev və Ümid Kərimli cütləri bürünc medal ələ ediblər.

Qızlar arasında qoşa yarışda Aidə Qurbanova və Mələk Təhmazlı birinci, Aida Beqova və Xədicə Manafova ikinci, Fidan Rəhimli və Ziba Məmmədli, həmçinin Mədinə Həsənova və Rəfiqə Hidayatova cütlükləri üçüncü yerə çıxıblar.

Qarışıq komandalar arasında yarışda Rəsul Quliyev və Xədicə Manafova cütlüyü qızıl medala sahib olub. Muxtar Bədəlovla Aida Beqova ikinci yerə çıxıb. Murad Qarayev və Aidə Qurbanova, həmçinin Səccad Allahverdiyev və Mələk Təhmazlı cütlükləri isə bürünc medalla kifayətləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə