Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Prezident kuboku-2025” reqatasının birinci gününə yekun vurulub. SİA xəbər verir ki, Suqovuşan su anbarında təşkil olunan ilk mərhələdə 200 metr məsafədə kayak-kanoe yarışları keçirilib.
Azərbaycan təmsilçilərindən Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə bir nəfərlik kayak qayığında bürünc mükafata layiq görülüblər.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə