“Prezident kuboku 2025” reqatasında ilk günün qalibləri BƏLLİ OLDU

30 Aprel 2025 14:12 (UTC+04:00)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Prezident kuboku-2025” reqatasının birinci gününə yekun vurulub. SİA xəbər verir ki, Suqovuşan su anbarında təşkil olunan ilk mərhələdə 200 metr məsafədə kayak-kanoe yarışları keçirilib.

Azərbaycan təmsilçilərindən Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə bir nəfərlik kayak qayığında bürünc mükafata layiq görülüblər.