Azərbaycan klubuna texniki məğlubiyyət verilib

AFFA U-13 Liqasında çıxış edən "Nabran" klubuna texniki məğlubiyyət verilib. SİA-nın məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna aprelin 26-da “Sumqayıt City” ilə matçın komandanın təyin edilən vaxtda meydana çıxmadığına görə baş tutmaması səbəb olub. Nəticədə “Nabran“ komandası texniki məğlubiyyətlə cəzalandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə