AFFA "Sabah-2" klubunun futbolçusu Stefen Endeni 4 oyunluq cəzalandırıb. SİA-nın məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Futbolçunun cəzasına Əvəzedicilər Liqasının XXXII turunda baş tutan “Qarabağ-2” ilə oyundan sonra hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub. 4 oyunluq cəza ilə yanaşı, klub 300 manat cərimələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə