Futbol üzrə Misli Premyer Liqasında XXV turun növbəti oyunu keçirilib.
SİA xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Qarabağ"ı qəbul edib. Görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Kadi Borges və Leandro Andrade vurublar.
Bu nəticədən sonra xallarını 60-a çatdıran Ağdam təmsilçisi turnir cədvəlinə başçılıq edir. "Kimyaçılar" isə 22 xalla 8-ci pillədə qərarlaşıb.
Turun açılış oyununda “Səbail” doğma meydanda “Şamaxı”nı qəbul edib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 41-ci dəqiqədə Vasiliye Bakiç və 63-cü dəqiqədə Andrey Tirkoveanu vurublar. Xallarını 24-ə çatdıran “Şamaxı” 7-ci pilləyə yüksəlib. “Səbail” isə 18 xalla sonuncu – 10-cu sırada qalıb.
Qeyd edək ki, XXV turun digər görüşləri martın 5-6-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)
.jpg)

        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB