“Mərkiz” və “Hadrut” arasında yoldaşlıq görüşü olub

Laçın rayonunun “Mərkiz” futbol klubu ilə Füzuli rayonunun “Hadrut” futbol klubunun komandaları arasında yoldaşlıq görüşü çərçivəsində oyun keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Mərkiz” klubunun rəhbəri Elvin Salahovun verdiyi məlumata görə, yarış martın 2-də saat 22:00-da Ask Arenada (Şəfa stadionunda) gerçəkləşib. Oyunda ilk qolu Hadrut komandası vuraraq, fasiləyə 2:0 hesablı qələbə ilə yollanıb. “Mərkiz” komandası oyunun ikinci hissəsində təzyiqi bir qədər artıraraq 7:4 hesablı qələbə ilə oyundan qalib ayrılıb.

Qeyd edək, “Mərkiz” komandası bundan əvvəlki oyunda Bakı şəhərinin “Ramana” komandası ilə keçirdiyi yoldaşlıq görüşündə 5:4 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə