Azərbaycanın MMA döyüşçüsü Zümrüd Quliyeva növbəti qələbəsini qazanıb. SİA xəbər verir ki, ASED təşkilatının və “Simral” klubunu təmsil edən 18 yaşlı idmançı “Octagon-69” çərçivəsində qüvvəsini sınayıb.
O, Qazaxıstanda keçirilən turnirdə yerli idmançı Rusalina Mulikova ilə qarşılaşıb. 52,2 kq çəkidə baş tutan görüş artıq ilk raundda başa çatıb. Zümrüd rəqibini boğucu fəndlə məğlub edib.
Qeyd edək ki, döyüş Almatı şəhərində baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə