"Yuventus” baş məşqçi Tyaqo Motta ilə razılıq əldə edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalayacaq.
Turin klubu baş məşqçi ilə müqavilənin bütün detallarını razılaşdırıb. 2022-ci ilin sentyabrından “Bolonya”ya rəhbərlik edən Motta komandanı Çempionlar Liqasına yüksəldib. Klub 2023/2024 mövsümündə 68 xalla A seriyasını 5-ci pillədə başa vurub. Gənc mütəxəssisin bolonyalılarla müqaviləsi bu il iyunun sonunda başa çatacaq.
Qeyd edək ki, Motta karyerası ərzində “Bolonya”dan əvvəl “Cenoa” və “Spetsiya”da fəaliyyət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB