Brazilyanın ulduzu Səudiyyə Ərəbistanda 500 MİLYONLUQ TRANSFER

"Əl Hilal" , "Paris Saint-Germain"in braziliyalı ulduz Neymarı transfer etdiyini açıqlayıb. SİA xəbər verir ki, braziliyalı ulduzun illik qazancı 500 milyon olacaq. "Əl Hilal"a transfer olunan braziliyalı ulduz ildə 150 ​​milyon avro qazanacaq. O, Səudiyyə Ərəbistanını tanıdan hər hekayə və post üçün 500 min avro alacaq. Fransa mətbuatında yer alan xəbərə görə, zədəsi səbəbindən son rəsmi matçını mart ayında keçirən Neymar ayaq biləyindən əməliyyat olunub. Əl Hilal ulduz ilə 2+1 illik müqavilə imzalayıb. Neymarın müqaviləsinin şərtləri belədir: "İllik 150 milyon avro, Neymara ayrılan şəxsi təyyarə, dəbdəbəli malikanə, 80 min avro qalib bonusu, hər hekayə və Səudiyyə Ərəbistanını tanıdan post üçün 500 min avro".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə