Belçika idmançılarının "Əziz Şuşa" ilə bağlı TƏƏSSÜRATLARI

Bu gün 7 iyun tarixində start verilən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının II mərhələsi keçirilir. SİA yarışda iştirak edən Belçika yarışçılarının təəssüratlarını öyrənib.

Vanhoucke Herman: “Artıq bu gün yarışın II mərhələsi keçirilir. Dünənki mərhələdə qalibiyyət əldə edə bilməsəm də, mənim üçün maraqlı keçdi. Səhnə çox həyəcanlıdır. Təşkilatçılıq çox əladır. Qeyd etməliyəm ki, bizim üçün təşkil olunan hotel çox gözəldir”.

Zowe Soberon: “Mən oteli, xidməti və buradakı insanları çox bəyəndim. Yarış da ürəyimcə keçir. Azərbaycan gözəl yerdir. İnsanların səmimiliyini hiss edə bilirik”.

Gilles Van Kerckvoorde: “Təşkilatçılıq və yollar çox yaxşıdır. İnsanlar, eyni zamanda polislər tərəfindən çox hörmətlə qarşılanırıq. Burada olmağımızdan çox məmnunuq. Hər şey çox yaxşı təşkil olunub”.

Jari Verstraeten: “Yarış çox gözəl təşkil olunub. Yollar, hotellər çox peşəkar şəkildədir. Ümumilikdə ölkəni də çox bəyəndim. Bu gün dünənə nisbətən hava az istidir. Ümid edirəm ki, bu gün hər şey yaxşı olar”.

Michiel Martens: “İnsanlar çox möhtəşəmdir, təşkilatçılıq da əladır. Möhtəşəm ölkədə möhtəşəm yarış keçirilir deyə bilərik. Dünən alınmadı, amma qarşıda hələ şansımız var. Bu gün də o şanslardan biridir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə