Dünyaca məşhur ulduz futbolçu Neymar sosial media hesabından ikinci dəfə ata olacağını açıqlayıb. SİA xəbər verir ki, Neymar sevgilisi məşhur model Bruna Biankardi ilə instagramda şəkillərini paylaşaraq sevincini izləyicilərlə bölüşüb.

Hazırda Paris Saint-Germain komandasının oyuncusu olan Neymar ayağından zədə aldığı üçün bu sezon oyunlara çıxmayacaq. Neymar ata olmaq sevinci bu sözlərlə ifadə edib: "Biz sənin həyatını xəyal edirik, gəlişini planlaşdırırıq və sevgimizi tamamlamaq üçün burada olduğunu bilmək gələcək günlərimizi daha xoşbəxt edir. Onsuz da səni çox sevən qardaşın, nənən, baban, əmilərin və bibilərinlə bərabər gözəl bir ailə olacağıq! Tez gəl oğlum, səni gözləyirik!”

Xatırladaq ki, Neymar ilk dəfə 19 yaşında ata olub. Onun birinci oğlu Davi Luccanın anası Carolina Dantasdır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə