“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XXIII turunda ilklərə imza atıb. SİA xəbər verir ki, Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “Sabah”a səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib.

Tovuzlular ilk dəfə rəqib meydanında keçirdiyi Premyer Liqa matçında 2 qol vurublar. Bunadək səfərdə birdən çox qol vurmayan debütant səfərdə ən böyük fərqli qələbəsini qazanıb. “Turan Tovuz” əvvəlki üç qələbəsini bir top fərqi ilə əldə edib.

Tovuzlular həm də ilk dəfə ardıcıl iki səfər görüşündə qalib gəliblər. Qərblilər fevralın 6-da “Şamaxı”nı bir qolla üstələyiblər. Klub debüt mövsümünün əvvəlki qarşılaşmalarında belə seriyaya imza atmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə