"Sauthempton"un baş məşqçisi Qurban Qurbanov barədə açıqlama verib

"Dünyada Ralf Hasenhüttll kimi məşhur, həmçinin Qurban Qurbanov və Yess Torup kimi nisbətən az tanınan mütəxəssislərlə işləməyim mənə böyük təcrübə qazandırıb. Onlardan çox şey öyrənmişəm". SİA xəbər verir ki, bunu "Sauthempton"un baş məşqçisi Ruben Selles yerli mətbuata açıqlamasında bu səviyyəyə çatmasında rolu olan mütəxəssislər barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis hazırda Rafael Beniteslə hazırda "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanovu xüsusi fərqləndirib: "Valensiyada böyümüşəm, ona görə də Rafael Benites həmişə mənim üçün nümunə olub. Universitetdə oxuyanda onun məşqlərinə baxırdım. Daha sonra Azərbaycanda birlikdə işlədiyim baş məşqçilər, xüsusilə də Qurbanovun işimə böyük təsiri oldu. Həmin vaxt Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bu, Azərbaycan futbolunun tarixində ilk idi. Həqiqətən də 4-3-3 taktiki sxemi ilə oynayan komandada işləmək məni rəqabətli olmağa məcbur etdi".

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə