Ronaldo və Messi yenidən qarşı-qarşıya PSG- ƏL NƏSSR

Məşhur argentinalı futbolçu Lionel Messinin rəhbərlik etdiyi Paris Saint-Germain (PSJ) cümə axşamı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kriştianu Ronaldonun yeni klubu "Əl-Nəssr" və rəqibləri "Əl Hilal"dan ibarət qarışıq komanda ilə qarşılaşacaq. SİA xəbər verir ki, Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokunu qazanan Argentina millisinin ulduzu Messi ilə 5 mundialda qol vuran yeganə futbolçu olan portuqaliyalı Ronaldo bəlkə də yoldaşlıq görüşündə sonuncu dəfə üz-üzə gələcək.

Fransanın PSJ komandası ilə Səudiyyə Ərəbistanının Əl-Nassr-Al Hilal komandaları arasında keçiriləcək matç sabah paytaxt Ər-Riyaddakı Beynəlxalq Kral Fəhd Stadionunda baş tutacaq.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə