“Kəpəz” qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

Gəncənin “Kəpəz” futbol klubu qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb. SİA kluba istinadən xəbər verir ki, komanda bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan Antalyaya yola düşüb.

Yanvarın 19-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq Gəncə təmsilçisi orada 3 yoxlama matçı keçirəcək. “Kəpəz” yanvar 14-də Macarıstanın “MTK Budapeşt”, 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın“Kaysar” komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda mövsümün ilk yarısını 12 xalla 9-cu pillədə bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə