Milli futbolçu ötən ilin bombardirləri siyahısına düşüb

Azərbaycan millisinin forvardı Ramil Şeydayev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı 2022-ci ilin bombardirləri siyahısına düşüb. SİA xəbər verir ki, “Qarabağ”ın hücumçusu il ərzində vurduğu 25 qolla 67 nəfərlik siyahının 55-ci pilləsində qərarlaşıb. Onunla birlikdə daha 14 oyunçunun aktivində 25 top var. R.Şeydayev bu qollardan 18-ni Premyer Liqada, 4-nü ölkə kuboku yarışında, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə