Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Dünya çempionatlarında baş məşqçi və futbolçu kimi ən çox qələbə qazanan şəxslər bəlli olub. SİA Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində braziliyalı Mario Zaqallo (23 oyun) qərarlaşıb.

Almaniyalı Frants Bekkenbauer (22) ikinci, Fransa yığmasının hazırkı baş məşqçisi Didye Deşam (19) üçüncü sıradadır. 2008 - 2014-cü illərdə Azərbaycan millisinə rəhbərlik etmiş almaniyalı Berti Foqts dördüncü yerdədir.

Qeyd edək ki, Fransa millisi bu gün Qətərdə keçirilən dünya çempionatının finalında Argentina seçməsi ilə üz-üzə gələcək.

Vahid turizm paketlərinin yaradılması ilə bağlı işlər gedir.

“Report”un məlumatına görə, Dövlət Turizm Agentliyi (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.

O bildirib ki, bu sahədə həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə