Körpü-Bina-Tikinti MMC tərəfindən təşkil olunmuş Payız Futbol turniri yekunlaşıb. SİA-nın verdiyi məlumata görə, futbol turnirin təşkilində "KBT" MMC-nin West Hospital, Medaz Medical System, West Shine Hotel, Spektr Computers & Accessories və Qəbələ FK kimi tərəfdaşları iştirak edirdilər.
Turnirin final görüşü 25 noyabrda keçirilən "Spektr Futbol Klubu" ilə "Xudayar Futbol Klubu" arasında keçən görüşlə yekunlaşıb. Oyunun qalibi 5-2 hesablı qələbə ilə "Spektr Futbol Klubu" olub.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə